Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən toxuculuq məhsulları, geyim və ayaqqabılara 8 milyard 753.8 milyon manat xərclənib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 5,3% çoxdur.
Qeyd edək ki, ötən 10 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 14,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!
