Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin 1 noyabr tarixinə ölkədə fəaliyyət göstərən bankların filiallarının sayı 481 (illik müqayisədə 10 vahid çox), şöbələrinin sayı 88 (2 vahid çox), ATM-lərin sayı 3 180 (illik müqayisədə 162 vahid çox) olub.
Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.
Hesabat ayında bank sektorunda çalışanların sayı 1.5% və ya 370 nəfər artaraq 25,066 nəfər təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!