Dünyanın ən varlı süni intellekt rəhbəri | Banco.az

Dünyanın ən varlı süni intellekt rəhbəri

Müəllif:Mehin Qasımova,Banco.az

Çinin süni intellekt şirkəti DeepSeek-in qurucusu Liang Wenfeng şirkətinin son investisiya raundundan sonra xalis sərvətini ikiqat artıraraq, süni intellekt modelləri hazırlayan dünyanın ən varlı insanı olub.

Banco.az xəbər verir ki, Bloomberg Milyarderlər İndeksinə görə, Liangın xalis sərvəti təxminən 16,7 milyard dollardan 36 milyard dollara yüksəlib. Bu, onu Anthropic-in həmtəsisçisi Dario Amodei və OpenAI-nin Qreq Brokmandan xeyli yuxarıda qoyur.

Lianın sərvətinin böyük bir hissəsi "DeepSeek" üzərindəki nəzarətindən qaynaqlanır. Güclü investisiya tələbi DeepSeek-in dəyərini aprel ayında bildirilən 10 milyard dollar səviyyəsindən təxminən beş dəfə artırıb. Lianın şəxsən 3 milyard dollar sərmayə qoyduğu 2026-cı ilin iyun ayında 7,4 milyard dollarlıq maliyyələşdirmə raundundan sonra şirkətin dəyəri 50 milyard dollar olaraq qiymətləndirilib və Lianın şirkətdəki payının təxminən 78 faizə qədər azaldığı təxmin edilir.

1985-ci ildə anadan olan Liang Hançjou şəhərindəki nüfuzlu ali təhsil müəssisəsi olan Zhejiang Universitetində elektron mühəndisliyi üzrə təhsil almış və eyni universitetdə informasiya və kommunikasiya mühəndisliyi üzrə magistr dərəcəsi alıb. Liang DeepSeek-i 2023-cü ildə iki keçmiş universitet sinif yoldaşı ilə birlikdə qurduğu Zhejiang High-Flyer Asset Management hedcinq fondunun süni intellekt bölməsindən qaynaqlanan bir startap olaraq qurmuşdur.

"DeepSeek" 2025-ci ilin əvvəlində "OpenAI" kimi ABŞ rəqibləri ilə müqayisə edilə bilən, lakin daha ucuz qiymətə bir model buraxaraq qlobal texnologiya dünyasını heyrətləndirdi. Bu tempi davam etdirən startap bu yaxınlarda ən son modeli olan V4-ü təqdim etdi və yerli texnologiya nəhəngi Huawei Technologies tərəfindən istehsal edilən çiplərlə uyğunluğunu açıq şəkildə elan etdi.

Lianın 36 milyard dollarlıq sərvəti onu Çində aparat əsaslı süni intellekt milyarderi və Cambricon Technologies şirkətinin həmtəsisçisi Çen Tianşinin arxasında səkkizinci ən varlı şəxs edir.