"Nvidia" Çinə çip ixracına qoyulan məhdudiyyətlərə görə 5,5 milyard dollar itirəcək | Banco.az

"Nvidia" Çinə çip ixracına qoyulan məhdudiyyətlərə görə 5,5 milyard dollar itirəcək

"Nvidia" Çinə çip ixracına qoyulan məhdudiyyətlərə görə 5,5 milyard dollar itki ilə üzləşir.

Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat verib.

Məlumata görə, şirkət xüsusi lisenziya olmadan süni intellekt texnologiyaları üçün H20 çiplərini Çinə tədarük edə bilməyəcək. 

Vaşinqtonun qərarı H20 çipləri ilə bağlı "inventar və satınalma öhdəlikləri" səbəbindən maliyyə ilinin birinci rübündə 5,5 milyard dollara başa gələcək. Şirkət əmindir ki, ixraca nəzarətin gücləndirilməsi yalnız Çinin ABŞ texnologiyasından müstəqil olmaq istəyini gücləndirəcək və Amerika şirkətlərini zəiflədəcək.