Noyabrda Azərbaycanın qızıl ixracından gəlirləri artıb | Banco.az

Noyabrda Azərbaycanın qızıl ixracından gəlirləri artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan 143.1 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, illik müqayisədə 13 milyon dollar və ya 8.3% azdır.

Banco.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın dekabr sayına istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 156.1 mln. dollara bərabər olub. 

Təkcə noyabr ayında qızıl ixracının dəyəri isə 25 milyon dollar olub ki, bu da illik müqayisədə 1.9 dəfə çoxdur. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram