Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da inflyasiya gözləntiləri artır, gəlir artımı ilə bağlı gözləntilər zəifləyir.
Banco.az xəbər verir ki, ABŞ Mərkəzi Bankının (Fed) Nyu-York şöbəsi mart ayına dair İstehlakçı Gözləntiləri Sorğusunun nəticələrini açıqlayıb.
Təxminən 1200 ev təsərrüfatının iştirakı ilə keçirilən sorğuya əsasən, qarşıdakı 12 ayı əhatə edən median inflyasiya gözləntisi əvvəlki ayla müqayisədə 0,4 faiz bəndi artaraq 3,4 faizə yüksəlib.
İstehlakçıların orta müddətli inflyasiya gözləntisi 0,1 faiz bəndi artaraq 3,1 faizə çatıb, uzun müddətli inflyasiya gözləntisi isə dəyişməyərək 3 faiz səviyyəsində qalıb.
Bu dövrdə median gəlir artımı gözləntisi 0,1 faiz bəndi azalaraq 2,4 faizə enib. İş tapmaq imkanlarına dair gözləntilər yaxşılaşsa da, iş itkiləri və işsizlik səviyyəsi ilə bağlı gözləntilərdə zəifləmə müşahidə olunub.
Ev təsərrüfatlarının gəlir artımı ilə bağlı gözləntilər mart ayında dəyişməyərək 2,9 faiz səviyyəsində qalıb. Xərclərin artımı ilə bağlı gözlənti isə 0,2 faiz bəndi artaraq 5,1 faizə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
