Müəllif:Ayşən İmanova/Banco.az
Yapon avtomobil istehsalçısı “Nissan” işçilərini ixtisar etməklə, zavodun bağlanmasından qaçaraq öz çöküşünün qarşısını almaq niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, əvvəllər elan edilmiş bütün dünyada 9 min işçini ixtisar etmək və istehsal gücünü 20% azaltmaq planları hazırda həyata keçirilir.
“Bloomberg” xatırladıb ki, “Nissan”da oxşar böhran sonuncu dəfə 2024-cü ilin noyabrında qeydə alınıb. O zaman şirkət ilin birinci yarısında xalis mənfəətinin 94% azaldığını bildirmişdi.
Qeyd olunub ki, avtomobil istehsalçısı sənayedəki rəqibləri ilə ayaqlaşmağa çalışıb, lakin ABŞ bazarında kifayət qədər cəlbedici modellərin olmadığı, Çində isə hibrid avtomobillər və elektromobillərlə tam rəqabət apara bilmədiyi üçün problemlərlə üzləşib.