“Nissan” böhranının səbəbi məlum oldu | Banco.az

“Nissan” böhranının səbəbi məlum oldu

Müəllif:Ayşən İmanova/Banco.az

“Nissan” avtomobil şirkətinin böhranının əsas səbəbi baş direktor Makoto Uçidanın bir neçə il əvvəl hibrid avtomobillər istehsal etməkdən imtina etməsi olub.

Banco.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, baş direktor hibrid avtomobillərin əvəzinə elektromobillər istehsal etmək qərarına gəlib, lakin məlum olub ki, sonuncular alıcı marağı doğurmur. Nəşrin məlumatına görə, Uçida qazla işləyən elektrik avtomobillərinə tələbin sürətli artımını hesablamayıb.

Qeyd edək ki, noyabrda avtomobil şirkətinin rəhbərliyi əməliyyat mənfəətinin çökməsi barədə məlumat verib. Belə ki, maliyyə ilinin birinci yarısında mənfəət 90%, xalis mənfəət isə 94% azalıb.

Bildirilir ki, Yaponiya avtomobil şirkəti hazırda sərt qənaət yoluna qədəm qoyur. Şirkət 2025-ci ildə hasilatı 20% azaltmağı, həmçinin əməliyyat mənfəəti üzrə proqnozu 500 milyarddan 150 milyard yenə endirməyi planlaşdırır.

Analitiklərin fikrincə, “Nissan”ın böhrandan çıxması üçün bir il vaxtı var.