Müəllif: Tamara Mustafayeva, Banco.az
“Nissan” aprel–iyun dövründə 3,76 milyard yen xalis mənfəət əldə edib.
Banco.az xəbər verir ki, Yaponiyanın avtomobil istehsalçısı “Nissan Motor” 2026-cı maliyyə ilinin aprel–iyun dövründə 3,76 milyard yen (24 milyon dollar) xalis mənfəət əldə etdiyini açıqlayıb.
Yokohama şəhərində yerləşən şirkət 2026-cı maliyyə ilinə dair yenilənmiş maliyyə nəticələrini açıqlayıb.
Məlumata əsasən, “Nissan” cari maliyyə ilinin aprel–iyun dövrünü 3,76 milyard yen (24 milyon dollar) xalis mənfəətlə başa vurub.
Şirkət ötən ilin eyni dövründə, yəni 2025-ci ilin aprel–iyun rübündə 115,7 milyard yen xalis zərər açıqlamışdı.
Ötən ilin eyni dövründə 79,1 milyard yen əməliyyat zərəri qeydə alan “Nissan” bu ilin aprel–iyun dövründə isə 77,8 milyard yen (493,4 milyon dollar) əməliyyat mənfəəti əldə edib.
2026-cı ilin aprel–iyun dövründə şirkətin avtomobil satışlarından əldə etdiyi gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq 2,96 trilyon yenə (18,8 milyard dollar) yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
