Niderland Ukrayna üçün PUA-ların hazırlanmasına 400 milyon avro ayıracaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Niderland Ukrayna üçün PUA-ların hazırlanmasına 400 milyon avro ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Niderland Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatlarının hazırlanmasına təxminən 400 milyon avro ayıracaq.

Banco.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin saytında məlumat verilib.

"Niderland əvvəllər “F-16” və “Patriot”sistemlərinin tədarükündə qabaqcıl rol oynayıb və indi biz bunu inkişaf etmiş pilotsuz təyyarələrlə davam etdiririk, PUA fəaliyyət planına 400 milyon avro sərmayə qoyuruq", - Müdafiə naziri Ruben Brekelmans bildirib.

Onun sözlərinə görə, söhbət kəşfiyyat, müdafiə və hücum üçün istifadə oluna bilən hər cür perspektivli dronlardan gedir.

Nazir həmçinin artıq Ukraynaya 3,76 milyard avro vəsait ayrıldığını qeyd edib.