"Netflix" Meksikaya 1 milyard dollar investisiya edəcək | Banco.az

"Netflix" Meksikaya 1 milyard dollar investisiya edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Netflix” 4 il ərzində Meksikaya 1 milyard dollar sərmayə qoyacaq.

Banco.az xəbər verir ki, "Netflix"in baş icraçı direktoru (CEO) Ted Sarandos Meksikaya 4 il ərzində 1 milyard dollar sərmayə qoyacaqlarını bildirib.

Sarandos Meksika Prezidenti Klaudiya Şeinbaumun paytaxt Mexiko şəhərində keçirdiyi mətbuat konfransında çıxış edib.

Buradakı çıxışında Meksikanın şirkət üçün əhəmiyyətindən danışan Sarandos "Netflix" istehsallarının ölkədəki iqtisadi təsirinə diqqət çəkib.

Sarandos Şeinbaumun "inkişaf və imkanlarla dolu, dinamik və firavan bir Meksika vizyonunu" bölüşdüklərini vurğulayıb.

Bunun bir parçası olmaq istədiklərini bildirən Sarandos, "Netflix"in qarşıdakı 4 il ərzində Meksikada serial və film istehsalı üçün 1 milyard dollar sərmayə qoyacağını elan etməkdən məmnunluq duyuram" deyə qeyd edib.

Sarandos bu sərmayənin audiovizual sektorun inkişafına kömək edəcəyini, ölkə üzrə məşğulluq və imkanlar yaradacağını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram