Netflix-in gəliri birinci rübdə 12,5 faiz artıb | Banco.az

Netflix-in gəliri birinci rübdə 12,5 faiz artıb

"Netflix" 2025-ci ilin birinci rübü üçün balans hesabatını açıqladı.

Banco.az xəbər verir ki, şirkətin gəliri bu ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq 10,5 milyard dollar olub. Şirkətin gəliri 2024-cü ilin birinci rübündə 9,4 milyard dollar olaraq qeydə alınıb.

Şirkət gələn rübdə gəlirin 11,04 milyard dollara yüksələcəyini proqnozlaşdırır.

Netflix-in xalis mənfəəti də keçən ilin eyni dövrü ilə müqayisədə birinci rübdə təxminən 24 faiz artaraq 2,9 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti 2024-cü ilin eyni dövründə 2,3 milyard dollar olaraq hesablanıb.

Şirkətin bir səhm üzrə qazancı keçən ilin birinci rübündə 5,28 dollardan bu dövrdə 6,61 dollara yüksəlib.

Netflix-in mənfəəti və gəliri bazar gözləntilərini üstələyib.

Maraqlıdır ki, dünya üzrə 300 milyondan çox abunəçisi olan Netflix bu ilin birinci rübü üçün öz balansında abunəçi nömrələrini açıqlamayıb.

Şirkət ötən ilin son rübündə abunəçilərinin sayının 18,9 milyon artdığını bildirib.