"Netflix" bu ilin ən çox izlənilən serialını açıqlayıb | Banco.az

"Netflix" bu ilin ən çox izlənilən serialını açıqlayıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Netflix 2025-ci ilin ilk altı ayı üzrə qlobal baxış hesabatını açıqlayıb.

Banco.az xəbər verir ki, məlumata görə, platformanın ən çox izlənilən istehsalı 4 bölümdən ibarət mini serial - "Adolesence" (145 milyon baxış) olub.

8.2 IMDb reytinqi ilə "Adolescence" qaranlıq ittihamla üzləşən yeniyetmə oğlanın hekayəsindən bəhs edir. Hekayə sinif yoldaşını öldürməkdə ittiham olunan 13 yaşlı uşağın ətrafında cərəyan edir. 

Siyahıda ikinci yerdə 117 milyon baxışla "Squid Game" serialının ikinci mövsümü olub. Üçüncü sırada isə 72 milyon baxışla "Squid Game"in üçüncü mövsümü olub. 

Dördüncü - "Zero Day" 61 milyon baxışla siyahıda olan digər miniserialdır. "Netflix"in 2025-ci ilin ilk yarısında ən çox baxılan serialları arasında “Missing You” 58 milyon baxışla beşinci yerdə qərarlaşıb. 

"Netflix"in son hesabatı miniseriallara marağın artmaqda davam etdiyini göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram