Qlobal əmtəə bazarlarında neft bahalaşıb.
Nyu-Yorkun NYMEX birjasında WTI markalı xam neftin cari ilin mart müqaviləsi üzrə qiyməti 1,71 ABŞ dolları və ya 2,88% artaraq 1 barel üçün 61,07 ABŞ dolları səviyyəsinə yüksəlib.
ICE London birjasında isə Brent markalı xam neftin mart ayı müqaviləsi üzrə qiyməti 1,82 ABŞ dolları və ya 2,84% artaraq 65,88 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, neft qiymətlərindəki artım bazarlarda tədarük riskləri ilə bağlı gözləntilərin güclənməsi və enerji sektorunda ümumi müsbət dinamika fonunda baş verib.
