Neft qiymətləri dünən dörd aylıq minimuma endikdən sonra yüksəlir | Banco.az

Neft qiymətləri dünən dörd aylıq minimuma endikdən sonra yüksəlir

Neftin qiyməti ötən gün dörd aylıq minimuma endikdən sonra cümə günü bahalaşıb.

Banco.az xəbər verir ki, bazar son dörd seansda aşağı düşüb və həddən artıq təkliflə bağlı narahatlıqlar səbəbindən həftəni əhəmiyyətli dərəcədə aşağı başa vurur.

ABŞ hökümətinin fəaliyyətinin dayandırılması  Amerika iqtisadiyyatı üçün perspektivləri bulandırır və siyasətçilərin həll yoluna yaxın olduğuna dair hələ heç bir əlamət yoxdur.

Bu arada ABŞ Energetika Nazirliyinin bu həftə açıqladığı məlumatlar ölkədə enerji ehtiyatlarının artdığını göstərir və bazar iştirakçıları OPEC+ ölkələri tərəfindən neft hasilatına dair kvotaların növbəti artımını gözləyirlər.

Noyabr ayı kvotalarını müzakirə etmək üçün OPEC+ toplantısı bu bazar günü keçiriləcək. İştirakçılar noyabrda hasilatı sutkada 500 min barelə qədər artırmaq barədə razılığa gələ bilərlər.

Londonun ICE Futures Exchange birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti  əvvəlki bağlanışdan 0,44 dollar (0,69%) artaraq 64,55 dollar/barel təşkil edib. Cümə axşamı günü bu kontraktlar 1,24 dollar (1,9%) azalaraq 64,11 dollar/barel təşkil edib ki, bu da iyunun 2-dən bəri ən aşağı göstəricidir.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarət sessiyasında WTI markalı neftin noyabr fyuçersləri 0,42 dollar (0,69%) bahalaşaraq bir barelə görə 60,90 dollar olub. Əvvəlki sessiyada bu kontraktlar 1,30 dollar (2,1%) ucuzlaşaraq, mayın 30-dan bəri ən aşağı qiymətə 60,48 dollar/barel olub.

Bu həftənin əvvəlindən Brent 6,7%, WTI 7,3% ucuzlaşıb.