Neft qiymətləri ABŞ-İran danışıqları ilə bağlı gözləntilər fonunda yüksəlib | Banco.az

Neft qiymətləri ABŞ-İran danışıqları ilə bağlı gözləntilər fonunda yüksəlib

Çərşənbə axşamı neft qiymətləri bir neçə günlük enişdən sonra bazar sabitləşdikcə yüksəlir.

İnvestorlar bu həftə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası zamanı baş tutması gözlənilən ABŞ-İran danışıqları ilə bağlı inkişafları diqqətlə izləyir.

Banco.az xəbər verir ki, Brent markalı xam neftin qiyməti 0,22% artaraq bir barel üçün 100,57 dollara çatıb.

Çərşənbə axşamı günü müddəti bitən oktyabr ayı üçün WTI müqaviləsi də 0,02% artaraq bir barel üçün 95,80 dollara çatıb.