Nazir: Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyib | Banco.az

Nazir: Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyib

Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyib.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib.

    Maliyyə naziri bildirib ki, qlobal və regional müstəvidə cərəyan edən hadisələr fonunda Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 2024-cü il dövlət büdcəsində nəzərdə tutulan xərclər müsbət dinamika ilə icra edilib: "Milli valyutanın sabitliyi qorunub. İqtisadiyyatın diversifikasiyanın sürətlənməsi nəticəsində ötən il qeyri-neft sektorunda artım müşahidə edilib. Cari ilin əvvəlində ölkənin valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyib. Bizim makroiqtisadi göstəricilərimizə nəzər saldıqda həm sabitlik, həm ehtiyatlarımızın artması təmin edilib, eyni zamanda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması həyata keçirilib, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün alışlarla paralel ölkədə fiskal nizam qorunub".