Nazir: Azərbaycandan Ermənistana premium, adi benzin və dizel yanacağı gətiriləcək | Banco.az

Nazir: Azərbaycandan Ermənistana premium, adi benzin və dizel yanacağı gətiriləcək

Azərbaycandan Ermənistana gətirilən növbəti yanacaq premium, adi benzin və dizel yanacağı olacaq.

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

    Nazir qeyd edib ki, Azərbaycan şirkətlərindən tədarük olunan yanacağın qiyməti bazar qiymətindən 80 dram aşağı olacaq.

    Bildirilir ki, bu dəfə Azərbaycandan Ermənistana hərəsi min ton olmaqla Aİ-92 markalı benzin, dizel və 1800 ton AI-95 markalı benzin tədarük olunacaq.

    Qeyd edək ki, 8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana  neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək. Daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin  daxildir.

    Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft  məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.

    apa