Moody's Türkiyənin kredit reytinqini yüksəldib | Banco.az

Moody's Türkiyənin kredit reytinqini yüksəldib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Beynəlxalq kredit reytinq agentliyi Moody's Türkiyənin kredit reytinqini "B1"dən "Ba3"ə yüksəldib və proqnozunu "müsbət"dən "stabil"ə dəyişib.

Banco.az Bloomberg-ə istinadən xəbər verir ki, reytinqin yüksəldilməsinin əsas səbəbi Mərkəzi Bankın inflyasiya təzyiqlərini ardıcıl olaraq azaldan, iqtisadi balanssızlıqları aradan qaldıran və həm yerli əmanətçilər, həm də xarici investorlar arasında türk lirəsinə inamı tədricən bərpa edən pul siyasətinə sadiqliyidir.

Agentlik vurğulayıb ki, bu inkişaf həm də Türkiyənin effektiv siyasət qurma potensialını əks etdirir.

Moody's sonuncu dəfə 19 iyul 2024-cü ildə Türkiyənin kredit reytinqini iki pillə artıraraq "B3"dən "B1"ə yüksəldib və proqnozu "müsbət" olaraq saxlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram