Moody’s Ratings Xalq Bankın 2024-cü il üzrə reytinqini təsdiqlədi | Banco.az

Moody’s Ratings Xalq Bankın 2024-cü il üzrə reytinqini təsdiqlədi

Moody’s Ratings beynəlxalq reytinq agentliyi Xalq Bankın 2024-cü il üzrə fəaliyyətinin nəticələrini təhlil edərək kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsində təsdiqləyib.

Agentlik Bankın reytinq üzrə proqnozu “stabil” olmaqla, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CRR) Ba2/NP səviyyəsində təsdiqləyib.

Moody’s Ratings ekspertləri BCA b1 qiymətləndirməsini Bankın möhkəm gəlirlilik qabiliyyəti, güclü kapitalı və sabit depozit portfelinə əsaslanan sağlam maliyyə və likvidlik mövqeyi ilə əlaqələndirir.

Hesabatda yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi üzrə Ba3 göstəricisi Bankın kredit və depozit üzrə iri bazar payına malik olması ilə əsaslandırılır. Həmçinin qeyd edilir ki, Bankın güclü kapital mövqeyi, gözlənilməz kredit zərərlərinin qarşılanması üçün kifayət qədər “bufer” təmin edə bilər.

Qeyd edək ki, ölkənin ən böyük özəl banklarından biri olan Xalq Bankın 2025-ci ilin II rübünün yekunlarına əsasən aktivləri 3.4 mlrd manat, kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) 1.9 mlrd manat, depozitlərin həcmi 2.4 mlrd manat, cəmi kapitalı 534 mln manat təşkil etmişdir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.