Azərbaycan Beynəlxalq Bankının xarici valyutada yüksək təminatsız kredit reytinqi “Caa3” səviyyəsindədir.
Bu barədə “Moody's” reytinq agentliyi məlumat yayıb.
Reytinq agentliyi bildirir ki, “Moody`s” bankın xarici və yerli valyutada uzunmüddətli depozit reytinqini “B1” səviyyəsindən “Caa2” səviyyəsinə endirib.
Depozit reytinqinin aşağı salınmasını agentlik bu cür izah edib: “Bundan öncə hökumətin banka maliyyə yardımının mümkünlüyü “çox yüksək” səviyyədə qiymətləndirirdiksə, hal-hazırda bunu “yüksək” kimi qiymətləndiririk.
Hökumət və bankın birgə açıqlamasında restrukturizasiya prosesinin fiziki şəxslərin əmanətlərinə və korporativ depozitlərinə təsir etməyəcəyi bəyan olunub”.
Mənbə: Apa.az