“Moody's” Azərbaycanın 8 bankında stress-test aparıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Moody's” Azərbaycanın 8 bankında stress-test aparıb

“Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanın 8 bankında stress-test aparıb.

Bu barədə agentliyin kiçik vitse-prezidenti, analitiki Mariya Malyukova deyib.

Onun sözlərinə görə, banklarda 2 ssenari - baza və alternativ ssenari üzrə stress-testlər aparılıb: "Birinci stress-test daha realdır. Baza ssenarisinə əsasən ÜDM-in azalmasını və kredit portfelində olan problemlərin 20%-ə çatmasını nəzərə alırıq. Alternativ ssenariyə görə, ÜDM-in 8% azalması və problemli kreditlərin 35%-dək yüksəlməsi proqnozlaşdırılır. Nəticə göstərir ki, kapitallaşma göstəriciləri -2,8%-ə enə bilər və sektora mühüm kapitallaşma tələb olunur".

APA