Beynəlxalq reytinq agentliyi “Moody’s”un proqnozuna görə, 2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalı 2.5 faiz artacaq.
Reytinq agentliyinin hesabatına görə, Azərbaycanda iqtisadi artım tempi 2026-cı ildə də eyni səviyyədə qalacaq.
2024-cü ildə ölkə iqtisadiyyatı 4.1 faiz artıb, 2023-cü ildə isə artım 1.1 faiz təşkil edib. Bildirilir ki, car il iqtisadi artım ilk növbədə ötən il ÜDM-in təxminən 60 faiz-ni təşkil edən qeyri-neft-qaz sektoru hesabına təmin olunacaq.
“Dövlət investisiyaları, o cümlədən Qarabağın bərpası və infrastrukturun inkişafına sərmayə qoyuluşu iqtisadi artımı dəstəkləyən amil rolunu oynayacaq. Təbii qaz hasilatı və ixracının artması isə iqtisadiyyata əlavə təkan verəcək”, – hesabatda bildirilib.