“Moody's” ABŞ-ın reytinq proqnozunu aşağı salıb | Banco.az

“Moody's” ABŞ-ın reytinq proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Moody's” ABŞ-ın kredit reytinqi proqnozunu stabildən mənfiyə endirib.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Moody's” ABŞ-ın maliyyə gücünə mənfi təsir göstərən risklər səbəbiylə kredit reytinqinin proqnozunu mənfiyə endirib.

Kredit balını isə ən yüksək səviyyə hesab edilən Aaa səviyyəsində saxlanılıb.

Agentliyin bəyanatında proqnozun mənfiyə çevrilməsinin əsas səbəbinin ABŞ-ın maliyyə gücünə təsir göstərən mənfi yönlü risklərin artması olduğu ifadə edilib.

Bəyanatda həmçinin ABŞ-ın “fövqəladə” iqtisadi gücünü qoruyub saxlamasının gözlənildiyi və orta müddətli perspektivdə daha müsbət artım sürprizlərinin ən azı borc ödəmə qabiliyyətinin pisləşməsini ləngidə biləcəyi vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram