Misir Mərkəzi Bankı bu ilin 5-ci faiz endirimini edib | Banco.az

Misir Mərkəzi Bankı bu ilin 5-ci faiz endirimini edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Misir Mərkəzi Bankı bu il ərzində faiz dərəcələrini beşinci dəfə endirib.

Banco.az xəbər verir ki, Misir Mərkəzi Bankı inflyasiyada müşahidə olunan yavaşlamadan sonra bu il beşinci dəfə faiz dərəcəsini endirib.

Bank cümə axşamı günü verdiyi açıqlamada əsas depozit faiz dərəcəsini 100 baza bəndi azaldaraq 20 faizə, kredit faiz dərəcəsini isə 100 baza bəndi endirərək 21 faizə endirdiyini bildirib.

“Bloomberg”in keçirdiyi sorğuda iştirak edən beş iqtisadçıdan yalnız ikisi bu endirimi proqnozlaşdırmışdı. Digər iştirakçıların gözləntiləri isə faiz dərəcələrinin sabit saxlanılacağı istiqamətində idi.

Misir 2024-cü ilin əvvəlində borclanma xərclərini rekord səviyyəyə qaldırmış və milli valyutasını təxminən 40 faiz devalvasiya etmişdi. Bu addımlar problemli iqtisadiyyatı bərpa etmək məqsədilə 57 milyard dollarlıq qlobal xilasetmə paketinin təmin edilməsinə kömək etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram