Müəllif: Tamara Mustafayeva, Banco.az
“Meta” hələ ki, “Voicebox”u aktivləşdirməyi dayandırıb.
Banco.az xəbər verir ki, “Facebook”, “Instagram” və “WhatsApp” platformalarının sahibi “Meta” şirkəti “Səs qutusu” (Voicebox) kimi tanınan yeni “nitq formalaşdıran” süni intellekt sisteminin sui-istifadə riski səbəbindən hələlik bazara çıxarılmayacağını açıqlayıb.
Bu barədə “The Independent” nəşri xəbər yayıb.
Qeyd edək ki, ingilis, fransız, ispan, alman, polyak və portuqal dillərində 50 min saatlıq səs yazısı ilə təlimatlandırılan “Voicebox” kontekstdən nəticə çıxararaq nitqdəki boşluğu doldura bilir. Sistem həmçinin xam audio və transkripsiyadan müxtəlif üslublu audio istehsal etmək qabiliyyətinə malikdir.
Cəmi iki saniyə nitqdən belə real səs yarada bilən Voicebox iki dil arasında üslubu qoruyub saxlayır və ünsiyyətə kömək edir.
Bizi sosial şəbəkələrdən izləyin!!