Müəllif:Ayşən İmanova/Banco.az
Almaniyanın “Audi” konserni Çin bazarı üçün nəzərdə tutulan avtomobillərdəki simvolik dörd halqalı loqodan imtina etmək qərarına gəlib.
Banco.az xəbər verir ki, qərar yeni brend imicinin yaradılması çərçivəsində qəbul edilib.
Yeni loqo dizaynı ilə bağlı təfərrüatlar açıqlanmayıb. Yalnız məlumdur ki, Çində artıq satılan “Audi” elektrik avtomobillərində marka emblemi qalacaq. Dəyişikliklər Çinin “SAIC” konserni ilə birgə istehsal olunan avtomobillərə təsir edəcək.
Bundan əvvəl bildirilmişdi ki, “Audi” elektrik güc aqreqatları və arxa ötürücü ilə təchiz edilmiş yeni A6 liftbek və universalını təqdim edib.
Şirkətin mətbuat xidmətinin məlumatına görə, yeni modellər “Porsche Macan” krossoverində də istifadə olunan 800 voltluq bort elektrik sisteminə malik PPE platformasına əsaslanır.
Arxa ötürücü sistemi onilliklər ərzində ilk dəfə yeni “Audi A6”da mövcuddur. Bu dizaynın əvvəlki nümunəsi 1938-ci ildə buraxılmış “Audi 920” sedanı idi.
Bizi sosial şəbəkələrdən izləyin!!