Müəllif: Gülnar Əhmədli, Banco.az
1 may 2026-cı il tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 12 milyard 686.5 milyon ABŞ dolları təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankın valyuta ehtiyatları illik müqayisədə 14,7% artıb.
2025-ci ilin eyni dövründə bu göstərici 11 milyard 62.5 milyon dollara bərabər olub.
Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 1 ay əvvəllə müqayisədə isə 8,8% və ya 1 milyard 29,7 milyon manat artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
