Mərkəzi Bank xüsusi tənzimləmə rejiminə qəbul edilən məhsulların sayını açıqlayıb | Banco.az

Mərkəzi Bank xüsusi tənzimləmə rejiminə qəbul edilən məhsulların sayını açıqlayıb

Mərkəzi Bank ötən ildən xüsusi tənzimləmə rejiminin tətbiqinə başlayıb. Artıq sistem vasitəsilə 21 müraciət qeydə alınıb.

Bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev deyib.

O bildirib ki, bu müraciətlərdən 4 innovativ məhsul xüsusi tənzimləmə rejiminə qəbul edilib. Hazırda bu innovativ məhsullar sınaqdan keçirilir.

apa