Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.
Banco.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb.
Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib.
