Mərkəzi Bank: "Əhalinin borc yükü artmaqdadır" | Banco.az

Mərkəzi Bank: "Əhalinin borc yükü artmaqdadır"

Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir.

Banco.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Maliyyə Sabitliyi" hesabatında qeyd edilib.

"Belə ki əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 2.2 faiz bəndi artaraq 18% olub. Banklar arasında keçirilən kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə əsasən də bankların 15%-i əhalinin borclanmasında orta dərəcədə artım olduğunu bildirib. Əhalinin borclanması dinamikası Mərkəzi Bank tərəfindən diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tənzimləmə siyasəti formalaşdırılır", - hesabatda deyilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram