Mərkəzi Bank bu il cari əməliyyatlar balansının profisitinə dair proqnozunu açıqlayıb | Banco.az

Mərkəzi Bank bu il cari əməliyyatlar balansının profisitinə dair proqnozunu açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il cari əməliyyatlar balansının profisitinin 5,5 milyard ABŞ dolları olacağını proqnozlaşdırır.

Bunu AMB-də keçirilmiş mətbuat konfrasında qurumun baş direktoru Vüqar Əhmədov bildirib.

“Ümumilikdə biz əlverişli fon görürük. Bu fon makroiqtisadi sabitlik üçün dəstəkləyici amildir. Ortamüddətli dövrdə CƏB üzrə profisitə dair proqnozumuz 5 milyard ABŞ dolları ətrafında, hətta ondan çox çoxdur”, – deyə o qeyd edib.