Azərbaycan Mərkəzi Bankının (AMB) yerli bankların valyuta hərraclarında iştirakı ilə bağlı tələbləri yumşaldılıb.
Bununla bağlı “Mərkəzi Bank ilə banklar arasında xarici valyutanın alqı-satqısı Qaydası”nda dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, artıq son saxlama dövründə məcburi ehtiyatlar üzrə tələbi pozan banklar da valyuta hərraclarında iştirak edə biləcək.
Buna qədər isə valyuta hərraclarına qatılmaq üçün sözügedən tələbin pozulmaması şərt kimi qoyulmuşdu.
APA