Mərkəzi Bank "Baku Pay”ə icrası məcburi göstəriş verib | Banco.az

Mərkəzi Bank "Baku Pay”ə icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Baku Pay” MMC-yə icrası məcburi olan göstəriş verib.

Belə ki, “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, məcmu kapitalın minimum miqdarının qanunvericiliklə müəyyən edilmiş məbləğdən aşağı düşməsinin öncədən izlənilməsi və vaxtında müvafiq tədbirləri görülməsi ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "Baku Pay” MMC-yə icrası məcburi olan göstəriş verilib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram