Məhkəmə “Evrobank”ı müflis elan etdi | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Məhkəmə “Evrobank”ı müflis elan etdi

Bir saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə “Evrobank” müflis elan edilib

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi lisenziyası ləğv olunan “Evrobank” ASC-nin müflis elan olunması ilə bağlı qərar qəbul edib.

 

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən “APA-Economics”ə verilən məlumata görə,Azərbaycan Mərkəzi Bankı “Evrobank”ın müflis elan edilməsi ilə bağlı avqustun 3-də  məhkəməyə müraciət edib.

Məlumata əsasən, hakim Elçin Məmmədovun sədrliyi ilə avqustun 10-da iclas keçirilib.

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə “Evrobank” müflis elan edilib.