Milli Depozit Mərkəzi (MDM) yeni bank modulunun tətbiqini planlaşdırır.
Bunu MDM-in Strategiya şöbəsinin rəhbəri Əli Əliyev deyib.
Onun sözlərinə görə, Milli Depozit Mərkəzi (MDM) strategiyada nəzərdə tutulan 6 yeni fəaliyyət istiqamətindən 2-ni artıq 2024-cü ildə icra edib. Bunlar konsultasiya xidmətləri və "e-vote" xidmətləridir.
“Strategiyanın sonuna qədər MDM hesablaşma agenti fəaliyyət funksiyasını tətbiq etməyi planlaşdırır. Hazırda kapital bazarında banklar hesablama agenti kimi fəaliyyət göstərir. Strategiyaya əsasən yeni bank modulunun tətbiqi nəzər tutulur. Hesablaşma agenti funksiyasının MDM tərəfindən icra edilməsi planlaşdırılır. Digər fəaliyyət istiqaməti olan maliyyə xidmətləri də bu bank yeni bank modulunda əks olunacaq” - Əli Əliyev əlavə edib.
apa