Müəllif:Ayşən İmanova/Banco.az
“Tesla”nın baş direktoru İlon Mask 2025-ci ilin ortalarında şirkətin sürücüsüz taksilər buraxacağını vəd edib.
Banco.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb.
“Tesla”nın maliyyə hesabatına həsr olunmuş telefon danışığı zamanı Mask “Cybercab” pilotsuz taksilərinin istifadəyə verilmə vaxtını açıqlayıb. Onun sözlərinə görə, xidmət iyun ayından istifadəyə veriləcək. Robotaksilər Texas ştatının Ostin şəhərində fəaliyyətə başlayacaq.
Sahibkar həmçinin qeyd edib ki, “Cybercab”da avtopilotun işinə nəzarət edə biləcək sürücülər və operatorlar olmayacaq. Avtomobillər Full Self-Driving (FSD) sisteminin təkmilləşdirilmiş versiyası ilə hərəkət edəcək.
Hesabat zamanı Mask 2025-ci ili “Tesla üçün ən vacib il” adlandırıb.