Banco.az 2021-ci ilin sentyabr ayı üçün sərfəli şərtlərlə bir il müddətinə manat əmanəti yerləşdirə biləcəyiniz bankları araşdırıb təqdim edir.
Avqust ayı ilə müqayisədə 2 bankda artım, 1 bankda isə azalma müşahidə olunub. Müddətli əmanətlərin faizləri Unibankda 1,5-2%, VTB Bankda 0,9% artıb. Yelo Bankda isə faizlər 0,5% enib.
Bankların bir il müddətinə manatla yerləşdirilmiş depozitlərə aylıq və müddətin sonunda təqdim etdiyi illik faiz dərəcələri ilə isə cədvəldən tanış ola bilərsiniz.
Qeyd edək ki, 5 apreldən etibarən banklarda fiziki şəxslərin milli valyuta ilə qoyduğu əmanətlər illik faiz dərəcəsi 12%-i keçmədiyi halda 100 min manatadək qorunur.
Həmçinin bax: Manat əmanəti hansı banklarda daha sərfəlidir?(2 illik) - Sentyabr 2021
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!