Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-may aylarında Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq nominal əməkhaqqı 3 148,2 manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici dövlət sektorunda 4 036,2 manat, özəl sektorda isə 2 953,0 manat olub.
2024-cü ilin eyni dövründə maliyyə və sığorta fəaliyyəti sahəsində dövlət sektorunda maaşlar 3 383,1manat, özəl sektorda isə 2 901,1 manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!