Maliyyə və sığorta fəaliyyəti üzrə ödəniş daxilolmaları 32% artıb | Banco.az

Maliyyə və sığorta fəaliyyəti üzrə ödəniş daxilolmaları 32% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda ötən ilin 4-cü rübündə maliyyə və sığorta fəaliyyəti üzrə ödəniş daxilolmaları 2 milyard 576 milyon manat təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin dördüncü rübü üzrə "Sahələrarası maliyyə axınlarınının təhlilinə dair hesabat"ında qeyd edilib.

Bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 32,1% və ya 625 milyon manat çoxdur. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram