Müəllif - Fərid İslamo - Banco.az
“LUKOIL” neft şirkəti Qərb sanksiyalarının fəaliyyətini çətinləşdirməsindən sonra İraqdakı “Qərbi Qurna-2” neft yatağında fors-major vəziyyət elan edib. Bu barədə Reuters agentliyi dörd məlumatlı mənbəyə istinadla xəbər verir.
Mənbələrin bildirdiyinə görə, “LUKOIL” İraqın neft nazirliyinə rəsmi məktub göndərərək, fors-major səbəblərinə görə şirkətin yataqda normal işini davam etdirə bilmədiyini bildirib.
Agentliyin məlumatına əsasən, İraq hökuməti “LUKOIL” şirkətinə həm nağd, həm də neft formasında bütün ödənişləri dayandırıb.
-
Rus şirkətinə noyabr ayı üçün ayrılmış təxminən 4 milyon barel neftlik təbii ödəniş həcmləri ləğv olunub.
-
İraqdakı fəaliyyətlərdən əldə olunan maliyyə vəsaitləri ABŞ sanksiyaları səbəbilə dondurulub və yalnız sanksiya altında olmayan şirkətlərə ödəniş mexanizmini təmin edən razılaşma əldə olunduqdan sonra sərbəst buraxıla bilər.
İraq Neft Nazirliyinin nümayəndəsi bildirib ki:
“İraq sanksiya altında olan şirkətlərlə əməkdaşlıq edə bilməz.”
Reuters əlavə edir ki, İraqın dövlət neft şirkəti SOMO ötən həftə “LUKOIL” tərəfindən “Qərbi Qurna-2” yatağında hasil olunan üç neft partiyasının göndərişini sanksiyalar səbəbindən ləğv edib.
SOMO, sanksiyaların əsas səbəbləri aradan qaldırılmadıqca, “LUKOIL” ilə neft tədarük müqaviləsini uzada bilməyəcək.
