Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda kreditlərin sığortası üzrə yığımların məbləği 4 milyon 781 min manat təşkil edib.
Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18 min manat və ya 0,4% azdır.
Sığorta ödənişlərinin məbləği isə illik müqayisədə 17,9% azalaraq 57 min manata enib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında bu növ üzrə yığımların məbləği 4 milyon 799 min manat, ödənişlərin məbləği isə 69,4 min manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
