Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-may aylarında Azərbaycanda kreditlərin sığortası üzrə yığımların məbləği 1 milyon 381 min manat təşkil edib.
Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 499 min manat və ya 26,5% azdır.
Sığorta ödənişlərinin məbləği isə illik müqayisədə 2% azalaraq 34 min manata enib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında bu növ üzrə yığımların məbləği 1 milyon 880 min manat, ödənişlərin məbləği isə 34,7 min manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!