Azərbaycanda kredit kartları nağdsız ödənişlərin yerinə, daha çox nağd vəsaitlərin əldə edilməsi üçün istifadə olunur.
Mərkəzi Banka istinadən xəbər verilir ki, Azərbaycan banklarının kredit kartı sahibləri bu ilin 7 ayı ərzində öz kartları vasitəsilə 1,3 milyard manatlıq əməliyyat aparıblar. Bu əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 405 milyon manat və ya 45,2 faiz çoxdur.
Kredit kartları ilə aparılan əməliyyatların həcmi artıb

