Könüllü sığorta 15% azalıb, icbari sığorta isə 11% artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Könüllü sığorta 15% azalıb, icbari sığorta isə 11% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 351 milyon 722 min manat sığorta haqqı toplanılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,2% azdır.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 11,2% artaraq 170 milyon 731 min manat olub.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 143 milyon 442 min manat təşkil edib ki, bu da illik müqayisədə 4,45% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 17,5% artaraq 58 milyon 259 min manata çatıb.

Beləliklə, 2019-ci ilin yanvar-sentyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 40,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-sentyabr aylarında 33,1 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 32,3 manatdan 34,1 manata qalxıb.

 

Həyat sığortası 22% azalıb, qeyri-həyat sığortası isə 4% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 204 milyon 169 min manat sığorta haqqı toplanılıb.Bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 22,4% azdır.

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 318 milyon 284 min manat təşkil edib. Bu isə illik müqayisədə 4,2% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 0,3% azalaraq 82 milyon 646 min manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 14,5% artaraq 119 milyon 55 min manata çatıb.

Beləliklə, 2019-cu ilin yanvar-sentyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,5 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 37,4 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2018-ci ilin yanvar-sentyabr aylarında müvafiq olaraq 31,5 manat və 34 manat olub. 

Renkinq.az