Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-sentyabr aylarında Kiprin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 553 milyon 669 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,6% və ya 39 milyon 348 min dollar azdır.
Hesabat dövründə Kipr Azərbaycana ən çox investisiya yatıran 3-cü ölkə olub.
Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 593 milyon dollar təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!