Kimya üzrə Nobel mükafatı "Google" tədqiqatçılarına verilib | Banco.az

Kimya üzrə Nobel mükafatı "Google" tədqiqatçılarına verilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

2024-cü il Kimya üzrə Nobel Mükafatı laureatları açıqlanıb.

Banco.az xəbər verir ki, İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında kimya üzrə 2024-cü il Nobel mükafatı laureatları açıqlanıb.

Devid Beyker və “Google Deepmind” tədqiqatçıları Demis Hassabis və Con Camper bu mükafatın sahibi olublar.

2024-cü il Kimya üzrə Nobel Mükafatı "hesablama zülal dizaynı" sahəsindəki işlərinə görə Devid Beykerə, "zülal strukturunun proqnozlaşdırılması" üzrə işlərinə görə Demis Hassabis və Con Camperə verilib.

Xatırladaq ki, 2023-cü il Kimya üzrə Nobel Mükafatı kvant nöqtələrinin kəşfi və sintezi üzrə işlərinə görə Moungi Qabriel Bavendi, Lui E. Brus, Aleksey I. Ekimova verilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram