Kapital Bank yeni vakansiya elan edir! | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Kapital Bank yeni vakansiya elan edir!

HR Analitika üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri İnsan resurslarının idarə edilməsi departamentinin Qiymətləndirmə və motivasiya şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Əməkdaşların aylıq və illik fəaliyyət göstəricilərinin təhlili;
  • Əməkdaşların fəaliyyət göstəricilərinə uyğun olaraq bonus hesablanmalarının aparılması;
  • Maddi motivasiya sisteminin hazırlanması və təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Fəaliyyət göstəricilərinin təhlili və bonus hesablanması zamanı istifadə olunan hesabatların optimallaşdırılması;
  • HR proseslər üzrə təhlillərin aparılması.

Tələblər:

  • Ali təhsilin olması;
  • Maliyyə sahəsində minimum 2 il iş təcrübəsi;
  • Əla səviyyədə Excel biliyinin olması;
  • Analitik düşünmə qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram