“Kapital Bank” bir yeni şöbə açır, “Xalq Bank” isə bir şöbəsini bağlayır | Banco.az

“Kapital Bank” bir yeni şöbə açır, “Xalq Bank” isə bir şöbəsini bağlayır

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının bu gün qəbul etdiyi qərara əsasən, “Kapital Bank” ASC-nin “Masallı” şöbəsinin açılmasına icazə verilib, “Xalq Bank” ASC-nin 1 saylı “Bilgəh” mübadilə şöbəsinin isə bağlanmasına icazə verilib.

Bu barədə Palatadan bildirilib.

“Kapital Bank”ın yeni şöbəsi Masallı rayonu, M.Talışxanov prospektindəki “ASAN Xidmət” Mərkəzində yerləşəcək. Burada “ASAN Xidmət” mərkəzində göstərilən xidmətlər üzrə rüsum ödənişlərinin qəbul edilməsi, bölgə sakinlərinə depozitlərin qəbulu, valyuta mübadilə əməliyyatları, hüquqi və fiziki şəxslərə hesabların açılması, klirinq, hesablaşma-kassa və digər bank xidmətləri göstəriləcək.

“Xalq Bank”ın şöbəsinin bağlanmasına əsas səbəb kimi şöbənin fəaliyyətinin təmin edilməsinə çəkilən xərclər müqabilində əldə edilən maliyyə faydasının qeyri-səmərəli olması göstərilib. 

Mənbə: Report.az