Müəllif: Tamara Mustafayeva, Banco.az
Kanada elektrik enerjisinin qiymətlərini 25% artıraraq ABŞ-a cavab verib.
Banco.az xəbər verir ki, Kanadanın ən sıx məskunlaşmış əyaləti olan Ontarionun Baş naziri Doq Ford keçirdiyi mətbuat konfransında ABŞ-ın Kanadaya tətbiq etdiyi tariflərə qarşı əyalətin cavab tədbirlərini açıqlayıb.
ABŞ Prezidenti Donald Trampın polad, alüminium, süd məhsulları və taxta kimi məhsullara əlavə gömrük rüsumları tətbiq etməklə bağlı təhdidlərinə toxunan Ford bu təhdidlər tamamilə aradan qalxana qədər geri addım atmayacaqlarını bildirib.
Ford bu gərginliyin sona çatmalı olduğunu və ədalətli bir razılaşmanın əldə olunması üçün birlikdə işləməyin vacibliyini vurğulayaraq, həmin vaxta qədər Ontarionun əlindəki imkanları maksimum səviyyədə istifadə edərək ən yüksək təzyiqi göstərəcəklərini qeyd edib.
Bu çərçivədə bu gündən etibarən ABŞ-ın Miçiqan, Minnesota və Nyu-York əyalətlərinə edilən elektrik ixracına 25% əlavə rüsum tətbiq ediləcəyini bildirən Ford bu addımın 1,5 milyon ev və iş yerinə təsir edəcəyini deyib.
Bizi sosial şəbəkələrdən izləyin!!